Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə magistral yolun 60-cı km-də qeydə alınıb.
Belə ki, həmin ərazidə təqribən yaşı 30-35 olan gənci maşın vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Hazırda hadisə zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır (Report)