Messidən növbəti rekord

“Barselona”nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, argentinalı hücumçu  Çempionlar Liqasında dünən keçirilən “Slaviya” ilə matçda qol vuraraq turnirin qrup mərhələsində son 15 mövsümdə fərqlənən ilk futbolçu olub.

Messi ÇL-dəki ilk qoluna 2015/2016 mövsümündə “Panatinaikos”la matçda imza atıb.

Qeyd edək ki, “Slaviya” – “Barselona” görüşü Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Share: