
“2016-cı ildə Stepanakertə(Xankəndinə-S.L.) getdim, rəhbərliyi dəvət etdim, zəifliklərinə, qeyri-müəyyən mövqelərinə görə danladım. Məndən soruşdular ki, Dağlıq Qarabağın taleyini necə görürəm… Dedim ki, problem kompromislər əsasında həll olunmalıdır. Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnu qəbul etməli, erməni tərəfləri isə Azərbaycanın 5 rayonunu qaytarmalıdır”.
Moderator.az xəbər verir ki, news.am-ın yaydığı məlumata görə, bunu Ermənistanın terrorşu eks-prezidenti, Xocalı qatili Serj Sarkisyan aprelin 4-də jurnalistlərlə söhbətində söyləyib.
“Onların zəifliyi nə idi?” sualına Sərkisyan belə cavab verib:
“Zəif cəhət o idi ki, mətbuatın yazdığı kimi, 4 günlük müharibə zamanı Laçında böyük tıxaclar yaranmışdı. Məndən soruşdular ki, məqsədin nədir, niyə torpaq verməliyik? Dedim: əgər sizin belə bir mövqeniz varsa, istisna deyil ki, bir gün hamımız İrəvanda yığışıb “Stepanakert-Stepanakert” qışqıracağıq”.
S.Laçın