Xalq artisti: “Vəziyyətim yaxşı deyil, deyirlər, xəstəxanada yer yoxdur”

“Xəstəxanada deyiləm. Təcili yardım çağırmışam, deyirlər ki, xəstəxanada yer yoxdur”.

 

Bunu Oxu.Az-a halının pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayılan Xalq artisti Naibə Allahverdiyeva deyib.

 

O qeyd edib ki, həm qızdırması, həm də təzyiqi var.

 

“Qızdırmam tez-tez qalxıb-düşür. 38-39 dərəcəyə qalxır. Təzyiqim də eyni qaydada, qalxıb-düşür. 5 saylı Kliniki Xəstəxanaya getmişəm, amma yatmamışam. Hazırda xəstəxana axtarışındayam. Özümü çox pis hiss edirəm”.

 

Mənbə

Share: