İsrailə qarşı hava hücumundan sonra Böyük Britaniya, Almaniya və Fransa səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Moderator.az xəbər verir ki, bu barədə İran XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Qeyd olunub ki, nazirliyin Qərbi Avropa departamentinin rəhbərinin hər üçü səfiri ayrı-ayrılıqda çağırmasına səbəb Böyük Britaniya, Almaniya və Fransadakı rəsmi şəxslərin İranın ünvanına səsləndirdiyi bəyanatlar olub.
Diplomatların diqqətinə İsrailin İranın Dəməşqdəki konsulluğuna hücumu barədə məlumat verilib.