İranın İsrailə hücumu nəticəsində 7 yaşlı uşaq ölməyib

İranın İsrail ərazisinə hücumu nəticəsində 7 yaşlı uşağın ölümü ilə bağlı məlumat düzgün deyil.

 

Bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Halperin məlumat verib.

 

“Biz məlumatı dəqiqləşdirmişik. Uşaq ölməyib, hazırda vəziyyəti ağırdır”, – diplomat bildirib.

 

12:52

 

İranın İsrail ərazisinə endirdiyi hava zərbələri nəticəsində yeddi yaşlı uşaq həlak olub.

 

Moderator.az xəbər verir ki, bu barədə İsrailin Rusiyadakı səfiri Simone Halperin “TASS”a açıqlamasında deyib.

 

“Yeddi yaşlı uşaq yaralanıb, təəssüf ki, aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə diplomat qeyd edib.

 

Səfir aydınlıq gətirib ki, hava zərbələri ölkənin cənubundakı İsrail Hərbi Hava Qüvvələri bazasına cüzi ziyan vurub.

Mənbə

Share: