Türkiyə Dardanel boğazını beynəlxalq gəmiçilik üçün bağlayıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, boğazda gəmilərin hərəkəti qatı duman səbəbi ilə dayandırılıb.
Hərəkətin məhdudlaşdırılması bu gün yerli vaxtla səhər saat 9-dan həyata keçirilib. Boğazın nə vaxt açılacağı ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, sonuncu dəfə Dardanel boğazı beynəlxalq gəmiçilik üçün iyulun 11-də eyni səbəbdən bağlanıb.