Bu il Şimali Koreya Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya yeni reaktiv yaylım atəş sistemləri (MLRS) verə bilər.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap Nyus” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, KXDR “idarə olunan” mərmiləri olan yeni 240 mm-lik MLRS-i sınaqdan keçirib. Texniki cəhətdən yenilənmiş artilleriya sisteminin son sınaqlarını Şimali Koreya lideri Kim Çen İn şəxsən müşahidə edib:
“KXDR yaylım atəş sistemindən atılan səkkiz mərminin hədəfləri dəqiq vurduğunu və sınaqların onun dağıdıcı gücünü nümayiş etdirdiyini iddia edir”.
Kim Çen İn bildirib ki, yeni silahlar Şimali Koreya artilleriyasının döyüş effektivliyini artıracaq.
Axar.az