Şadlıq sarayı qarşısında dava: saxlanılanlar var

Şadlıq sarayı qarşısında dava: saxlanılanlar var

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Təbrik” şadlıq sarayının qarşısında kütləvi davanın səbəbi məlum olub.

Millətin Səsi.az Oxu.az-a istinadla xəbər verir ki, nişan mərasimində foto çəkdirməyə görə qohumlar arasında mübahisə yaranıb.

Mübahisə qısa zamanda davaya çevrilib.

Sərxoş vəziyyətdə mübahisə edən 4 nəfər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: