Murat Yakın: “Rəqibi depressiyaya saldıq”

 İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avro-2024-ün 2-ci turu çərçivəsində Şotlandiya ilə heç-heçə etdikləri (1:1) oyun haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis rəqibin daha güclü çıxış edəcəyini gözlədiklərini deyib: 

“Bizim belə oynayacağımız Şotlandiyanın ağlına gəlməli idi. Depressiyaya düşdülər, qürurları zədələndi. Biz təzyiq gözləyirdik və güman edirdik ki, meydanın mərkəzindəki boşluğu bağlayacaqlar. Qarşılaşmada qalib gələ bilərdik, lakin şotlandlar da yaxşı şans yaratdılar”.

Xatırladaq ki, Avro-2024-də Şotlandiya və İsveçrə milliləri Almaniya və Macarıstanla birlikdə A qrupunda mübarizə aparırlar. Artıq bu qrupda Almaniya millisi pley-offa vəsiqəni təmin edib. 

Share: