Bakının 8 Noyabr prospektində yeni çəkilmiş magistral su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Xətai rayonunun bir hissəsinə (Nargilə dairəsindən Naxçıvanski dairəsinə qədər) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Məlumata görə, yaxın saatlarda quraşdırma işləri yekunlaşacaq və suyun verilməsinə başlanılacaq.