Çempionlar Liqasında 1/4 finalın ilk iştirakçıları bilinir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

QOL.az xəbər verir ki, ilk gündə 4 matç keçiriləcək. Bununla da 1/4 finalın ilk iştirakçıları müəyyənləşəcək.

“Barselona” “Benfika”nı qəbul edəcək (ilk matç – 1:0).

“Liverpul” PSJ ilə bu dəfə “Enfild”də qarşılaşacaq (ilk görüş – 1:0). 

“İnter” “Feyenoord”u İtaliyada sınağa çəkəcək (ilk oyun – 2:0).

Günün maraqla gözlənilən matçlarından biri də Almaniyada keçiriləcək. “Bavariya” ilk oyunda 3:0 hesabı ilə qalib gəldiyi “Bayer”in qonağı olacaq.

1/8 finalın digər cavab qarşılaşmaları isə sabah oynanılacaq.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları 

11 mart

21:45. “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)

İlk oyun – 1:0.

00:00. “Liverpul” (İngiltərə) – PSJ (Fransa)

İlk oyun – 1:0.

00:00. “İnter” (İtaliya) – “Feyenoord” (Niderland)

İlk oyun – 2:0.

00:00. “Bayer” (Almaniya) – “Bavariya” (Almaniya)

İlk oyun – 0:3.

12 mart

21:45. “Lill” (Fransa) – “Borussiya” (Dortmund, Almaniya)

İlk oyun – 1:1

00:00. “Arsenal” (İngiltərə) – PSV (Niderland)

İlk oyun – 7:1

00:00. “Aston Villa” (İngiltərə) – “Brügge” (Belçika)

İlk oyun – 3:1

00:00. “Atletiko” (İspaniya) – “Real” (İspaniya)

İlk oyun – 1:2

Share: