Türkiyənin bu əraziləri yanır

Türkiyənin bu əraziləri yanır

Türkiyənin İzmir vilayətinin Səfərihisar, Menderes və Buca rayonları, Manisa vilayətinin Akhisar, Əhmədli və Kula rayonları, İsparta vilayətinin Südçülər, həmçinin Hatay vilayətinin Antakya rayonunda meşə yanğınları davam edir.

Millətin Səsi.az “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Menderes rayonunun Kuyucak məhəlləsi və Səfərihisar rayonunun Doğanbəy məhəlləsində həmçinin, Antakya rayonunda başlayan yanğın güclü külək səbəbindən geniş əraziyə yayılıb və ehtiyat tədbiri olaraq bölgədəki bir çox yaşayış məntəqəsi boşaldılıb.

Yanğınlarda insan itkisi olmasa da, çox sayda heyvan tələf olub.

Hazırda hər dörd vilayətdə havadan və qurudan baş verən yanğının söndürülməsi üçün həm lazımi texnikalar, həm də canlı qüvvə cəlb edilib.

Share: