
Portuqaliyada keçirilən ATƏT PA-nın iclasında qəribə hadisə yaşanıb.
Tribunainfo.az xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan və Ermənistandan olan deputatlar Qarabağ, Bakıda mühakimə olunan separatçılar və Qarabağdakı mədəni irs məsələsində ortaq addım atıblar.
Belə ki, iclasda iştirak edən “Haystan” blokundan olan deputat Lilit Qalstyan Bakıda mühakimə edilən separatçılar, Qarabağdakı “erməni mədəni irsi”nin vəziyyəti, habelə Qarabağdan köçənlərlə bağlı qətnamə layihəsi hazırlayaraq, səsverməyə çıxarmağa çalışıb. Lakin ilk zərbəni elə erməni həmkarlarından alıb. “Hakim Mülki Müqavilə Partiyasından olan deputatlar hazırladığım qətnamə layihəsini rədd etdilər və onu dəstəkləmədilər. Sonradan bildim ki, onlar Azərbaycandan olan deputatlarla anlaşıb və razılaşıblar”.