Bu yer atam tərəfindən ayrılıb – İlham Əliyev

Bu yer atam tərəfindən ayrılıb – İlham Əliyev

Mənə dəfələrlə dedilər ki, görürsən, Özbəkistan səfirlik tikmir, yer yaxşıdır, layihə budur. Deyirəm, bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib.

Millətin Səsi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan lideri Şövkət Mirziyayevlə mətbuata birgə bəyanatları zamanı deyib.

“Biz Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasını birlikdə açacağıq. Yenə də Şövkət Miramanoviçə həmin binanı tikmək qərarına görə minnətdarlığımı bildirmək istəyirəm. Bu yerin tarixi artıq kifayət qədər qədimdir.

Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb, şəhərin mərkəzində, böyük dövlətlərin səfirliklərinin yerləşdiyi ərazidə, eyni zonada, amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb, düzünü deyim ki, bu yer üçün çoxlu “ovçular” olub”, – dövlət başçısı qeyd edib.

Share: