
ABŞ prezidenti Donald Tramp daha bir Patriot hava hücumundan müdafiə sisteminin Kiyevə təhvil verilməsi imkanlarını araşdırır.
Millətin Səsi.az “The Wall Street Journal” ın (WSJ)mənbələrinə istinadən xəbər verir:
“Əgər təhvil baş tutarsa, bu, ABŞ-ın hazırkı administrasiyası tərəfindən Ukraynaya ilk böyük silah tədarükü olacaq. Ağ Ev Pentaqona Ukraynaya əlavə hərbi yardımın mümkün olub-olmadığını soruşub. Üstəlik, ABŞ rəsmiləri digər Qərb ölkələrinin öz hava hücumundan müdafiə sistemlərini Ukrayna ilə paylaşıb-paylaşa bilməyəcəyini öyrənirlər”.
Ümumilikdə “The Wall Street Journal” hesab edir ki, Ukrayna ABŞ-dan üç, Almaniyadan üç, bir neçə Avropa ölkəsindən bir Patriot sistemi alıb. Qəzet yazır ki, hələlik ABŞ və müttəfiqlərinin Kiyevə raketlər verə biləcəyi aydın deyil, çünki Ukrayna və Yaxın Şərqdəki münaqişə Qərbin ehtiyatlarını ciddi şəkildə tükəndirib.