“Qarabağ”ın potensial rəqibləri üz-üzə – Çempionlar Liqası

“Qarabağ”ın potensial rəqibləri üz-üzə – Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) ilk oyunu keçiriləcək.

Milletinsesi.az xəbər verir ki, komandalar Dublindəki “Tolka Park” stadionunda üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Cavab oyunu isə iyulun 16-da Belfastdakı “Windsor Park” arenasında keçiriləcək.

“Şelburn” və “Linfild” arasındakı görüşlər yalnız bu komandaar üçün yox, həmçinin Azərbaycan təmsilçisi “Qarabağ” üçün də önəmlidir. Belə ki, cütün qalibi 2-ci təsnifat mərhələsində Ağdam klubuna rəqib olacaq. 

Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk matçları iyulun 22-23-də, cavab görüşləri isə iyulun 29-30-da oynanılacaq.

Share: