Quyudan su götürəndə cərəyan vurdu

Quyudan su götürəndə cərəyan vurdu

Hacıqabulda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Millətin Səsi. az xəbər verir ki, dünən saat 00:15 radələrində rayonun İkinci Udulu kənd sakini 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayevi yaşadığı evin həyətində elektrik cərəyanı vurub.

Belə ki, 55 yaşlı kişi həyətdəki artezian quyusundan su götürmək istəyərkən su nasosuna qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunub. Nəticədə o, cərəyan vurmasından hadisə yerində ölüb.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Share: