Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazandı

Azərbaycan boksçusu Portuqaliyada qızıl medal qazandı

Azərbaycan boksçusu Abbasqulu Şadlinski Portuqaliyada qızıl medal qazanıb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

75 kq çəkidə mübarizə aparan milli üzvü Braqada beynəlxalq turnirin qalibi olub.

Şadlinski yarımfinalda Françisko Silvanı (Portuqaliya) mübarizədən kənarlaşdırıb. O, finalda bəhreynli Hassan Camşirlə döyüşüb və qələbə qazanıb.QOL.az

Share: