
“Arsenal” futbolçusu İtan Nvaneri ilə yeni müqavilə bağlayacaq.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
London klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçiyə 2030-cu iln iyununa qədər sözləşmə təklif edib və o, bununla razılaşıb.
Qeyd edək ki, İtan Nvaneri “Arsenal” akademiyasının yetirməsidir. O, indiyə qədər əsas komanda ilə 39 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.