
“Səbail”in sabiq futbolçusu Süleyman Alluş karyerasını Mərakeşdə davam etdirəcək.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, niderlandlı hücumçu “MAS Fes”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, S.Alluş 2024-2025 mövsümündə “Səbail”də çıxış edib və 47 oyuna 6 qol vurub.