Diplomatdan komik açıqlama: “İran ordusu Zəngəzura girməyə hazırdır”

Diplomatdan komik açıqlama: “İran ordusu Zəngəzura girməyə hazırdır”

İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Səqqaiyan Tabnak.ir saytına verdiyi açıqlamasında komik iddia irəli sürüb.

Millətin Səsi.az xəbər verir ki, o, İran ordusunun Zəngəzura girmək üçün hazır olduğunu iddia edib.

Səqqaiyan deyib: “İran hücuma hazırdır, qoşunlarımız Zəngəzura girəcək. Qafqaz İranındır və ortaq sərhəddə heç kim sahiblik iddiası irəli sürə bilməz. Biz Amerikanın Cənubi Qafqazdakı planlarının həyata keçirilməsinə imkan verilməyəcəyik. İran heç kimin qarşısında məhdudiyyət qəbul etmir”.

Bu əsnada, “Reuters” Agentliyi İranın 12 günlük müharibədən sonra Ermənistan ərazisinə qoşun yeridə bilmək gücündə olmadığını qeyd edib. Agentlik ekspertlərə istinadən qeyd edib ki, Tehranın faktiki hərbi gücü və atacağı addımdan sonra duruş gətirə biləcəyi mümkün deyil.

Share: