Tramp məxfi şəkildə söyləyib ki, ki, Putinlə görüş…

Tramp məxfi şəkildə söyləyib ki, ki, Putinlə görüş…

ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putinin müzakirə edəcəkləri mövzuların dəqiqləşdirilməsi üzərində iş aparılır.

Milletinsesi.az xəbər verir ki, bu barədə CNN nəşri yazıb.

Qeyd olunur ki, yeddi ay əvvəl Donald Tramp ikinci dəfə ABŞ prezidenti olanda vəzifəyə Kreml rəhbəri ilə münasibətlərindən istifadə edərək Ukrayna müharibəsini dayandıra biləcəyinə ümidlə başlamışdı. Lakin Tramp Rusiya liderindən məyus olub, çünki o, ikili oyun aparır və yalnız indi ABŞ prezidenti şəxsi diplomatiyadan istifadə etməyə başlayıb.

Materialda deyilir ki, Tramp məxfi şəkildə məsləhətçilərinə hər hansı bir cəhdin, hətta uğur gətirməsə belə, müharibəyə son qoymaq üçün dəyərli olduğunu söyləyib.

Nəşrin məlumatına görə, ABŞ prezidenti komandasına bu həftə görüşü son dərəcə sürətli şəkildə təşkil etməyi tapşırıb. Halbuki bu cür görüşlərin, xüsusilə də Rusiya kimi bir rəqiblə, təşkili adətən həftələr və ya aylar çəkir.

Qeyd edək ki, avqustun 15-də Donald Tramp və Vladimir Putinin Alyaskada görüşəcəyi gözlənilir. Sonradan Tramp Rusiyaya gedəcəyi barədə açıqlama versə də, bu məlumat təsdiqini tapmayıb.

Share: