
Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşündə məqsədi “Ukraynanın Donbassdan qüvvələrin çıxarılması kimi qeyri-mümkün addımlar atmağa məcbur etmədən məhsuldar sülh həlli prosesi” qurmaq olacaq.
Millətin Səsi.az xarici mənbələrə istinadən xəbər verir ki, üçün Zelenski hazırkı cəbhə xəttində ukraynalıların qəbul edə biləcəyi “həzm oluna bilən kompromis” etməyə hazırdır.
“The New York Times” daha əvvəl yaydığı məlumata görə, Rusiya prezidenti Vladimir Putinlə Alyaska görüşündən sonra Tramp Avropa liderlərinə Ukraynanın hələ də azad edilməmiş ərazilər də daxil olmaqla, bütün Donbası Rusiyaya verməsini nəzərdə tutan sülh nizamlanması planını təklif edib. Tramp Zelenski Donbasın qalan hissəsini Rusiyaya verməyə razılaşarsa, tezliklə sülh nizamlanmasının mümkün olacağına inanır. Bunun müqabilində hazırkı cəbhə xəttində atəşkəs rejimi yaradılacaq və həm Kiyev rejimi, həm də Avropa üçün təhlükəsizlik təminatları qüvvəyə minəcək.