
Milletinsesi.az xəbər verir ki, Ermənistanda məhkəmə arxiyepiskop Baqrat Qalstanyanın həbs müddətini daha üç ay uzadıb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, Qalstanyan “terror aktlarının hazırlanması və hakimiyyəti ələ keçirməyə cəhd” maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” Şirkətlər Qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı iyunun 18-də saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Daha sonra eyni ittihamla arxiyepiskop Baqrat Qalstanyan (o, həmçinin terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinir) və Mikael Adjapaxyan, həmçinin “Müqəddəs mübarizə” müxalifət hərəkatının tərəfdarları da həbs edilib.