Yuri Jdanov: Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil

Yuri Jdanov: Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil

Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil.

Millətin Səsi.az  xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycan torpağında, MDB-yə üzv dövlətlərin də bir hissəsi olduğu o nəhəng ölkənin rəmzlərinə çevrilən böyük şəxsiyyətləri və nailiyyətləri yada salmamaq mümkün deyil:

“Yaşadığım dövrün bir nümayəndəsi kimi qeyd edə bilərəm ki, böyükmiqyaslı Baykal-Amur magistralının tikintisi layihəsinin uğurla həyata keçirilməsində həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş, ikiqat Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin həlledici rolu olub. Bu görkəmli şəxsiyyət yalnız Azərbaycan xalqının qəhrəmanı deyildi! Biz hamımız onu böyük hörmət və minnətdarlıq hissi xatırlayırıq”.

Report.az
Share: