Tramp: Putin 2 həftə ərzində Ukrayna ilə müharibəni bitirməsə, taktikanı dəyişəcək

Tramp: Putin 2 həftə ərzində Ukrayna ilə müharibəni bitirməsə, taktikanı dəyişəcək

Yaxın iki həftə Ukraynadakı hərbi münaqişənin həllində irəliləyişin mümkün olub-olmadığını göstərəcək.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bildirib.

“Mən deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə öyrənəcəyik” dedi Tramp radio aparıcısı Todd Starneslə müsahibə zamanı deyib.

ABŞ prezidenti əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin yuxarıda göstərilən müddətdə müharibəni bitirməsə, Vaşinqton çox güman ki, taktikasını dəyişməli olacaq.

Tramp avqustun 18-də Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşünü də şərh edib. Onun sözlərinə görə, Ukrayna lideri çox yaxşı görünürdü və mübarizədə qətiyyət nümayiş etdirib.

ABŞ prezidenti qeyd edib ki, Zelenski bütün gücü ilə vuruşur və bu, çətin müharibədir.

Share: