Azərbaycan millisinin kapitanı Türkiyə klubuna keçdi

Azərbaycan millisinin kapitanı Türkiyə klubuna keçdi

Azərbaycanın qadınlardan ibarət milli komandasının kapitanı Sevinc Cəfərzadə klubunu dəyişib.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, son olaraq Rusiya “Karanodar”ında çıxış edən hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

O, Türkiyənin “Yüksekova” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Cəfərzadə Azərbaycanın qadınlardan ibarət əsas millisinə 2010-cu ildən dəvət alır.

Share: