
Qərb ölkələri yalnız Ukrayna üçün təhlükəsizlik təminatlarından narahatdırlar və sülh təşəbbüslərində maraqlı deyillər.
Millətin Səsi.az xəbər verir ki, bu haqda Xarkov vilayətinin hərbi və mülki administrasiyasının rəhbəri Vitali Qançev TASS-a bildirib.
“Bu insanlar [Ukrayna hakimiyyəti] ehtiyatlarını toplamaq, onları təzələmək və yenidən Rusiyaya hücum etmək üçün münaqişəni dondurmağa çalışırlar. Onların istədikləri və Qərb əlaltılarının təkid etdikləri budur. Heç kim sülh təşəbbüsləri ilə maraqlanmır, çünki hamı yalnız Ukrayna üçün təhlükəsizlik zəmanətlərindən danışır, lakin heç kim Rusiya üçün təhlükəsizlik zəmanətlərini dilə gətirməyib, deyə, o vurğulayıb.
Vladimir Zelensklinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyank bir müddət əvvəl bildirib ki, Kiyev hazırkı təmas xətti boyunca münaqişəni dondurmağa və bəzi ərazilərin faktiki itkisini tanımağa hazırdır. Onun sözlərinə görə, Kiyev gələcəkdə itirdiyi əraziləri diplomatik və iqtisadi vasitələrlə geri qaytarmağa çalışacaq. Ukraynanın “Strana” mediasına görə, Zelenski Kiyevin sülh sazişi imzalanmadan əvvəl atəşkəsin elan edilməsində israr etmədiyini desə də, atəşkəs tələbini yenidən bərpa edib.