Bu ölkədən ani Türkiyə qərarı: İllər sonra bu addımı atdılar

Bu ölkədən ani Türkiyə qərarı: İllər sonra bu addımı atdılar

Liviyada Milli Ordunun yeni komandanı seçilən marşal Xəlifə Haftarın oğlu Səddam Haftar andiçmədən sonra ilk rəsmi addımını atıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə “Asharq Al-Awsat” məlumat yayıb.

Bildirilib ki, Səddam Haftar Türkiyə Hərbi Dəniz Qüvvələrinin Liviya limanlarına səfəri çərçivəsində dünən Türkiyənin Kınalıada hərbi gəmisində Türkiyə nümayəndə heyətini qəbul edib.

Baş Komandanlığın açıqlamasında bildirilib ki, görüşdə Türkiyə nümayəndə heyəti ilə hərbi və dəniz əməkdaşlığının inkişafı, texniki təcrübə mübadiləsi müzakirə edilib: “Bu səfər, Liviya və Türkiyə dəniz qüvvələri arasında tarixi əlaqələrin dərinliyini və regional təhlükəsizlik və sabitliyə xidmət etmək üçün əməkdaşlığın gücləndirilməsi istiqamətində ortaq qətiyyəti nümayiş etdirir”.

Bu görüş uzun illər Türkiyə ilə ziddiyyət yaşayan Haftar ailəsinin mövqeyində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Roza

Share: