Bu şəxslərin işdən azad olunması yasaqlana bilər

Bu şəxslərin işdən azad olunması yasaqlana bilər

Milli Məclisin payız sessiyasında Əmək Məcəlləsinə dəyişikliklər edilməsi məqsədəuyğun olardı.

Milletinsesi.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü, deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, bir sıra ölkələrin Əmək Məcəlləsinə uyğun olaraq işçinin pensiya yaşına çatmasına az qalmış onun işdən azad olunması qadağan edilir:

“Azərbaycanda pensiya yaşına az qalmış vətəndaşların işdən azad edilməsi ilə bağlı qanunvericiliyə müvafiq qayda gətirilməlidir. Bununla həmin kateqoriyaya aid vətəndaşların hüquqları qorunmuş olar”.

Share: