“Min dəfə ayrılıb, iki dəfə boşanmışıq”

“Min dəfə ayrılıb, iki dəfə boşanmışıq”

Türkiyəli aktrisa Qupse Özay həyat yoldaşı, aktyor Barış Arduçla haqlarında tez-tez çıxan ayrılıq xəbərlərinə münasibət bildirib.

Milletinsesi.az Axşam.az-a istinadən məlumatına görə, aktrisa bu tip iddiaların sosial mediada bəyənmə toplamaq üçün atılmış addımlar olduğunu söyləyib:

“Boşanacağımız və ayrıldığımız haqda durmadan xəbərlər çıxır. Onlara görə biz min dəfə ayrılıb, iki dəfə boşanmışıq. Həmin xəbərlər çıxmağa davam edir, amma bu illər ərzində bir dəfə də olsun ayrılmağın yanından belə keçməmişik.

Məncə, bu xəbərlər instaqram səhifələrindən birində “İddia edildi” yazısının bəyənmə rekordları qırması ilə digər səhifələrin də bunu paylaşmaq üçün düşdüyü təlaşdan yaranır. Mən də bunlara cavab vermirəm. Çünki bir şeyə cavab verirsənsə, hamısına cavab verməlisən”.

Qeyd edək ki, cütlüyün bir oğlu var.

Share: