İlham Zəkiyev yenə Avropa çempionu oldu

İlham Zəkiyev yenə Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Milletinsesi.az xəbər verir ki, Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.

O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.

Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.

Share: