
Süni intellekt üzrə ekspert Roman Yampolski xəbərdarlıq edib ki, süni intellekt 2030-cu ilə qədər yalnız bir neçə iş yerini əvəzləyə bilməyəcək.
Milletinsesi.Az xəbər verir ki, bu barədə “LADBible” yazıb.
Onun sözlərinə görə, süni intellekt 2027-ci ilə qədər elə həddə çatacaq ki, bir çox sahələrdə insan işə götürməyin mənası olmayacaq. Bu hal humanoid robot texnikasının inkişafı ilə birlikdə artıq 2030-cu ilə kimi bütün fiziki əmək növlərinin avtomatlaşdırılmasına gətirib çıxaracaq. Biz işsizliyin indiyədək görünməmiş səviyyəsi ilə üzləşə bilərik.
Ekspert insanların öz iş yerlərinə görə narahat olmayacağı sahələri göstərib.
Bunlardan birinci mühasibatlıq və ənənəvi biznesdir. Burada insan yanaşması əvvəlki kimi yüksək qiymətləndiriləcək.
İkincisi, sənətkarlıq və əl əməyidir. Belə ki, insanların bir qismi maşın deyil, əl əməyinə üstünlük verir. Lakin bu bazar çox məhdud olacaq.
Üçüncüsü, konsaltinq və psixologiyadır. Burada həyat təcrübəsi və empatiya tələb olunduğuna görə, alqoritmlər acizdir.
Bundan əlavə, süni intellektlə bağlı yeni istiqamətlər yaranacaq. Bu, ilk növbədə süni intellektin işinə nəzarət, texnologiyalar və onlardan istifadə edə bilməyən insanlar arasında vasitəçilikdir. Süni intellektin fəaliyyət prinsiplərini izah etməyi və bunu biznesə tətbiq etməyi bacaran mütəxəssislər yüksək qiymətləndiriləcək.
Yampolskinin fikrincə, gələcəkdə süni intellektin inkişafına tam nəzarət etmək mümkün olmayacaq, lakin insan nəzarəti fövqəlintellekt dövrünə keçid prosesini beş ildən əlli ilədək uzatmağa kömək edə bilər.Oxu.az