Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Astanada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

azaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Milletinsesi.az Report.az-a istinadən xəbər verir ki, “Akorda” Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Dövlət başçıları birgə foto çəkdiriblər.

 

 

 

Share: