“Vladimir Zelenskinin pul kisəsi” kimi tanınan iş adamı Timur Mindiçlə bağlı korrupsiya qalmaqalında əli olan Ukraynanın ədliyyə naziri German Qaluşenkonun vəzifəsindən uzaqlaşdırılıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Yuliya Sviridenko bildirib.
“Biz bu gün səhər hökumətin növbədənkənar iclasını keçirdik. German Qaluşenkonun ədliyyə naziri vəzifəsindən azad edilməsi barədə qərar qəbul etdik”.
Ədliyyə rəisinin səlahiyyətlərini əvvəllər ədliyyə nazirinin müavini olmuş Lyudmila Suqak icra edəcək.
Noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Mindiç və Qaluşenkonun, eləcə də Mindiçlə əlaqəsi olan Enerqoatom şirkətinin mənzillərinə basqın etdi və daha sonra Mindiçin mənzilində korrupsiya sxemlərini müzakirə edən danışıqların yazılarını yayımladı.


