Xalq artisti, rəqqasə Roza Cəlilova 96 yaşında vəfat edib.
Milletinsesi.az Bakupost.az-a istinadən xəbər verir ki, o, Bakının Səbail rayonunda yaşadığı mənzildə dünyasını dəyişib.
Məlumata görə, onun həkiməqədər ölümü qeydə alınıb.
Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. Bakı Xoreoqrafiya Məktəbini bitirib, uzun illər Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında soloist kimi çıxış edib. Sonradan ansamblın bədii rəhbəri olub, “Gülüstan” və “Sevinc” rəqs kollektivlərinə rəhbərlik edib.
Milli rəqsin inkişafında böyük xidmətləri olan Xalq artisti 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.


