Göygöldə ağır avtomobil qəzası olub.
Millətin Səsi.az Report-a istinadən xəbər verir ki, “Mersedes” markalı avtomobil idarəetməni itirərək divara çırpılıb.
Qəza nəticəsində 2 nəfər – 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü, 1990-cı il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Hadisə zamanı xəsarət alanların da olduğu bildirilir.
Əraziyə təcili tibbi yardım biriqadaları və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


