Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə

Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Balans qovşağının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar noyabrın 26-da Sumqayıt şəhəri Çerkassi küçəsi 50-ci məhəllə ünvanında qaz təchizatında məhdudiyyətlər tətbiq olunacaq.

Görüləcək işlərlə bağlı bu gün saat 10:00-dan etibarən həmin ərazidə yaşayan 600 abonentin qaz təchizatı dayandırılacaq.

Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

Share: