Qətərdə keçirilən 17 yaşadək futbolçulardan ibarət komandaların dünya çempionatının qalibi müəyyənləşib.
Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, final matçında Portuqaliya və Avstriya milliləri üz-üzə gəlib. Matç portuqalların qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu matçın 32-ci dəqiqəsində Anisio Kabral vurub.
Qeyd edək ki, Portuqaliyanın U-17 yığması tarixində ilk dəfə dünya çempionu olub.


