Yeni seriala çəkiləndə sevgilisi də dəyişir

Yeni seriala çəkiləndə sevgilisi də dəyişir

Türkiyəli aktrisa Özge Yağız yenidən şəxsi həyatı ilə gündəmə gəlib.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu dəfə tərəf müqabili Halit Özgür Sarı ilə sevgilidir.

Cütlük arasındakı münasibət sosial media izləyicilərinin müzakirəsinə səbəb olub. Belə ki, Özgü bundan əvvəl tərəf müqabilləri Gökberk Demirci və Burak Berkay Akgüllə sevgili olub və ayrılıb.

Qeyd edək ki, Özge Gökberklə “Yemin”, Burakla “Safir”, Halitlə isə “Gözleri Karadeniz” serialında tərəf müqabili olub.

Share: