Bu gün “Qarabağ” “Zirə” ilə oynayacaq

Bu gün “Qarabağ”  “Zirə” ilə oynayacaq

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Millətin Səsi.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Qarabağ”ı qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək. Görüşü baş hakim Rauf Cabarov idarə edəcək.

Hazırda Qurban Qurbanovun komandası 29 xalla turnir cədvəlinə başçılıq edirsə, 26 xalı olan Rəşad Sadıqovun komandası onların ən yaxın izləyicisidir.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Share: