Trampın kürəkəninin də iştitak etdiyi görüşdə irəliləyiş olmadı

Trampın kürəkəninin də iştitak etdiyi görüşdə irəliləyiş olmadı

Dekabrın 4 və 5-də ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Floridada keçirilən görüşlər nizamlanma prosesində heç bir ciddi irəliləyiş yaratmadı.

Millətin Səsi .az xəbər verir ki, bu barədə Bloomberg bildirib.

Danışıqları şərh edən ABŞ Dövlət Departamenti daha əvvəl müzakirənin konstruktiv keçdiyini bildirib və əlavə edib ki, tərəflər təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərdə razılığa gəliblər və Ukraynanın münaqişədən sonra yenidən qurulmasını müzakirə ediblər.

Qeyd efək ki, danışıqlarda Sülh üzrə xüsusi elçi Stiven Vitkoff və prezident Donald Trampın kürəkəni Cared Kuşner, həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və Baş Qərargah rəisi general Andrey Qnatov iştirak edib. Müzakirələr dekabrın 6-da davam etdiriləcək.

Share: