Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Nərgiz Əliyeva “Fatih Vatan”dan ayrılaraq “Giresun Sanayispor”a keçib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı qapıçı transferdən dərhal sonra Superliqada matça da çıxıb. O, “Qaziantep”lə görüşdə meydanda olub. Nərgiz oyunda penaltini dəf edərək komandassının hesabda geriyə düşməsinə mane olub.
Qeyd edək ki, N.Əliyeva daha əvvəl “Baku Siti”, “Keşa”, “Tibilisi”, “Eriğli”də də oynayıb.


