Türkiyədə narkotik satıcılarına ağır zərbə: 970 nəfər nəzarətə alındı

Türkiyədə narkotik satıcılarına ağır zərbə: 970 nəfər nəzarətə alındı

Türkiyədə narkotacirlərə qarşı geniş əməliyyat keçirilib. Baş Prokurorluq və Təhlükəsizlik Baş İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin koordinasiyası ilə keçirilən əməliyyatlarda 1487 qrup və 3712 şəxsi heyət, 14 təyyarə və 52 iyləyici it iştirak edib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə qardaş ölkənin daxili işlər naziri Ali Yerlikaya virtual media hesabında açıqlayıb.

Əməliyyat zamanı 970 şübhəli saxlanılıb, 352 kiloqram narkotik vasitə və 4 milyon 158 min ədəd narkotik həb götürülüb.

Share: