Yeni ildə restoranlar hansı qiymətə xidmət göstərəcək?

Yeni ildə restoranlar hansı qiymətə xidmət göstərəcək?

Bakıda 31 dekabr – Yeni il gecəsi restoranlarda bayram menyularının qiymətləri bəlli olub.

Millətin Səsi.az  restoranların bəzilərinin qiymətlərini təqdim edir:

– “Çanaqqala” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, adambaşı qiymət 80-130 manat. 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;

– “La Marine Baku” restoranı: Bayram menyusu və şou proqramlar daxil qiymət adambaşı 100 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;

– “Sədəf” restoranı: Bayram menyusu və şou proqramlar daxil qiymət adambaşı 100 manat;

– “Xan Baku” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 120-140 manat;

– “Baku Castle”restoranı: Menyu, şou proqram, ardınca atəşfəşanlıq daxil olmaqla, qiymət adambaşı 140 manat;

– “Lido” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150 – 200 manat;

– “Valentino Baku” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymət 160 manat;

-“Glass” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymət 160 manat;

– ADA restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150-180 manat;

– “Cratos” restoranı: Menyu, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti 150-200 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;

– “Niaqara” restoranı: Konsert proqramı və menyu daxil olmaqla, qiymətlər 150-200 manat arası, 6 yaşına qədər uşaqlar üçün isə pulsuz;

– “Nar Şərab” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti zala görə 160-270 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz;

– “Mənzərə” restoranı: Bayram menyusu və şou proqramları daxil qiymət adambaşı 250-300 manat;

– “Hilton Baku” otelində yerləşən “CİLANTRO” restoranında Yeni il gecəsi adambaşı 200 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz. Həmçinin uşaqlar üçün santa və şou proqramlar da keçirilir;

– “SKY GRİLL” restoranında qiymət band qrupu, şou proqram, set menyu ilə içkilər daxil adambaşı 400 manat;

– “360 BAR”da isə uşaqlara icazə yoxdur. Set menyu, içkilər, santa band və fərqli şou proqramları daxil olan Yeni il şənliyi adambaşı 490 manat;

– “Manqal Steak Haus” restoranı: Yemək, konsert proqramı daxil olmaqla, bir nəfərlik biletin qiyməti 400 manat, 5-12 yaş arası uşaqlar üçün yarı qiymət, yaşı 5-dən kiçik olan uşaqlar üçün pulsuz.

Axar.az

Share: