ABŞ-da yaşayan şəxs Rusiyayönlü paylaşımlarına görə Aİ tərəfindən sanksiyaya məruz qalıb

ABŞ-da yaşayan şəxs Rusiyayönlü paylaşımlarına görə Aİ tərəfindən sanksiyaya məruz qalıb

2016-cı ildə Rusiyadan siyasi sığınacaq istəyən ABŞ vətəndaşı, Florida ştatının keçmiş şerifinin müavini Con Mark Duqana qarşı sanksiyalar tətbiq edilib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan Aİ Şurasının qətnaməsində deyilir.

Aİ Şurasının bəyanatında deyilir ki, o, internetdə Kreml yönümlü rəqəmsal informasiya əməliyyatlarında iştirak etməkdə açıq şəkildə ittiham olunur. O da iddia edilir ki, Duqanın hazırda Amerika və Rusiya vətəndaşlığı var.

Share: