Kremlə ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları barədə məlumat daxil olmayıb.
Millətin Səsi.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“İstənilən sanksiya münasibətlərin yaxşılaşmasına zərər vurur. Bu, göz qabağındadır”, – o bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Rusiyaya yeni sanksiyalar hazırlamağıyla bağlı məlumat yayılmışdı.


