Aİ Kiyevə 90 milyard avro faizsiz kredit verəcək – Merz

Aİ Kiyevə 90 milyard avro faizsiz kredit verəcək – Merz

Avropa İttifaqı Ukraynaya 90 milyard avro faizsiz kredit verəcək, lakin gələcəkdə Rusiya aktivlərindən istifadə hüququnu özündə saxlayır.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Fridrix Merz bildirib.

Onun sözlərinə görə, pul Ukraynanın növbəti iki il üçün hərbi və büdcə ehtiyaclarını ödəməyə kifayət edəcək.

Eyni zamanda o bildirib ki, “Rusiyanın dondurulmuş aktivləri Rusiya Ukraynaya təzminat ödəməyənə qədər blokadada qalacaq”.

Ukrayna yalnız Rusiya təzminat ödədikdən sonra krediti qaytarmalı olacaq. Və biz bunu çox aydın şəkildə bildiririk: Rusiya təzminat ödəməsə, beynəlxalq hüquqa tam uyğun olaraq, kreditin ödənilməsi üçün Rusiyanın immobilizasiya edilmiş aktivlərindən istifadə edəcəyik”, – Merz əlavə edib.

Onun sözlərinə görə, vəsait yanvarın ikinci yarısından gec olmayaraq veriləcək. Ukraynanın pula təxminən aprel və ya may aylarında ehtiyacı olacaq, çünki Kiyev hökumətinin 2026-cı ilin birinci rübü üçün kifayət qədər vəsaiti var.

Rusiya prezidenti Vladimir Putin əvvəllər təklif edilən müsadirəni oğurluq aktı kimi qiymətləndirib, Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko isə TASS-a bildirib ki, ölkə rəhbərliyinə Rusiyanın aktivlərinin Qərb dövlətləri tərəfindən mümkün müsadirəsinə cavab variantları artıq təqdim olunub.

Share: