MM Avropa parlamenti ilə bağlı bəyanat qəbul edəcək

MM Avropa parlamenti ilə bağlı bəyanat qəbul edəcək

Milli Məclisin iclasının gündəliyi dəyişib.

Milletinsesi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

İclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında” məsələ daxil edilib.

Qeyd edilib ki, Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır.

Share: